Cəmiyyət

Bütün bədəni yanan Sabirin anası: “Artıq yemək almağa belə pul tapmıram” – FOTO

Sharing is caring!


11 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, oğlu Sabir dekabrın 26-da evdə sobanı yandırmaq istəyərkən yanıb.

“Sabirin 11 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Dekabrın 26-da Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya gətirməyə məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Hazırda müalicələri davam etdirməliyik, amma buna imkanım yoxdur. İnanın hazırda elə çıxılmaz vəziyyətdəyəm ki, nə Sabirin müalicəsini edə bilmirəm, nə yemək ala bilmirəm.

Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.

“Yoldaşım bir il əvvəl həbs edilmişdi. Həbs edilməzdən əvvəl evdə olan bütün əşyaları satmışdı. Bir neçə ay öncə də həbsdə vəfat etdi. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Mən özüm təndirdə işləyirəm, arada çağırıkanda evlərə təmizliyə də gedirəm. Bir neçə gün əvvəl təndirdə qolumu yandırmışam. İnanın bint alıb sarımağa belə imkan tapmıram yaramı. Övladımın müalicələri davam etdirmək üçün 600 manata ehtiyacız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”

Ailə ilə əlaqə: (077) 316-71-93.

Yardım üçün kart hesabı: 4244 4848 4726 0308.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir