Cəmiyyət

Astarada 40 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi başlandı – YENİLƏNİB

Sharing is caring!


Astarada 40 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

10:00

Astarada 40 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-də saat 08:30 radələrində Astara rayonu Pəlikəs kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətullah oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Pərviz Habil oğlu Əhmədov könüllü polisə təslim olub. O, saxlanılıb. 

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir