Cəmiyyət

Azərbaycanda professor vəfat etdi – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin professoru İbadulla Əli oğlu Məmmədov bu gün qəflətən ürək tutmasından vəfat edib.

“Report”un Muğan bürosunun məlumatına görə, 72 yaşlı pedaqoq doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində dəfn olunub.

Qeyd edək ki, 1985-ci ildən etibarən sözügen univeristetdə çalışan İ.Məmmədov altı monoqrafiyanın, iki metodik vəsaitin, bir dərsliyin və 100-ə qədər elmi məqalənin müəllifidir. “Qarabağ sivilizasiyasının mərkəzlərindən biri” məqaləsi dünyanın 64 ölkəsində çap olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir