Dünya

Lukaşenko Putinə ad günü üçün traktor hədiyyə etdi – FOTO

Sharing is caring!

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə “Belarus” traktoru hədiyyə edib.

Yubiley hədiyyəsi barədə Lukaşenko özü jurnalistlərə danışıb.

“Özüm işlətdiyim traktordandır – “Belarus”dur. Ən yaxşısıdır. Əl işidir”, – deyə o qeyd edib.

“Bütün qoşquları ilə?”, – deyə jurnalistlərdən biri müxtəlif əlavələri olan maşınla maraqlanıb.

“Qoşqular, bilirsiniz, milyonlarladır. Buna görə də seçimdən asılıdır. Amma mən ona bir qoşqu   təklif edəcəyəm – toxumsəpən. Taxıl əkəcəyik. Başqa bir şey də ola bilər. Bu traktor universaldır”, – deyə Lukaşenko bildirib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir