Cəmiyyət

Banklar vətəndaşların sirrini niyə yayırlar? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Kredit ödənişi gecikdiyi üçün bank əməkdaşları müştərilərin iş yerlərinə zəng edirlər. Bu zənglər borcların banka vaxtında ödənilməsi üçün tətbiq olunan üsullardan biri hesab edilir.

Maraqlıdır, əgər siz ödəmələriniz haqqında 3-cü şəxsin bilməsini istəmədiyiniz halda bankın bu məlumatı yayması doğrudurmu?

Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, banklar müştərilər haqqında heç bir məlumatı yaya bilməz:

“Çünki bu, bank sirrinin pozulması deməkdir. Əgər məlumatın yayılması nəticəsində müştəriyə maddi zərər dəyirsə, onda o, məhkəməyə müraciət edib, maddi, hətta mənəvi zərəri tələb edə bilər. 300-2000 manat arası mənəvi zərər tələb etmək mümkündür”.

Azərbaycan Banklar Assosiasiyası isə deyilənlərlə razılaşmır. Qurumun Hüquq qrupunun sədri Qorxmaz Ağayev deyir ki, banklarla bağlanan müqavilələrdə bir qayda olaraq müştərilər məlumatlarının bütün şəxslərə verilməsinə razılıq verirlər.

Hüquq qrupunun sədrinin sözlərinə görə, qanunvericilik banka müştərini məhkəmədənkənar qaydada təqib etmək hüququ verir və bu, bank sirrinin açılması demək deyil. Bir sözlə, bankların şəxsi məlumatlarınızı yaymasını istəmirsinizsə, onlarla bağlanan kredit müqavilələrində bunu nəzərə alın.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir