Cəmiyyət

Bakıda yolayrıcında üç avtomobil toqquşub, xəsarət alan var

Sharing is caring!


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə ilə Şeyx Məhəmməd Xiyabani küçələrinin kəsişməsində baş verib.

İlkin Quliyev idarəetməsində olan “Daewoo” markalı nəqliyyat vasitəsi ilə Abbas Mirzə Şərifzadə küçəsində hərəkətdə olan “Toyota” və “Hyundai” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində “Toyota”da olan sürücü xəsarət alıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəza nəticəsində hər üç maşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir