Cəmiyyət

Zaqatalada üçotaqlı ev yanıb

Sharing is caring!


Zaqatalada 3 otaqlı fərdi yaşayış evi yanıb.

APA-nın məlumatına görə, yanğın hadisəsi bu gün saat 16 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Fazilət Carov qızı Barxalova məxsus, ümumi sahəsi 60 kvadratmetr olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət və hazırda yaşayış olmayan fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir