Dünya

ABŞ hərbi kontingentini Kiyevə göndərə bilər

Sharing is caring!

Pentaqon və Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyinin mühafizəsi üçün hərbi kontingentin göndərilməsi imkanını aktiv şəkildə müzakirə edir.

Bunu ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, bu barədə hələlik heç bir qərar qəbul edilməyib.

“Biz səfirliyimizin təhlükəsizliyini təmin etmək üçün ABŞ hərbi kontingentinin Kiyevə göndərilməsi mövzusunda Dövlət Departamenti ilə fəal məsləhətləşmələr aparırıq. Lakin məsələ ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib”, – deyə o, brifinq zamanı bəyan edib.

Kirbi vurğulayıb ki, ABŞ Ukrayna ərazisindəki hərbi əməliyyatlarda öz qoşunlarından istifadə etmək niyyətində deyil.

Mənbə: “RİA Novosti”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir