Cəmiyyət

Qubadakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Sharing is caring!


Oktyabrın 23-də Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə ilə əlaqədar mərkəzə 7 nəfər (3 qadın, 4 kişi olmaqla) təxliyə olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, 2003-cü il təvəllüdlü qadın sağ qamış sümüyünün yerdəyişmiş sınığı, bədənin bir neçə nahiyəsini əhatə edən müştərək səthi travma diaqnozu, 1997-ci il təvəllüdlü kişi isə bədənin bir neçə nahiyəsini əhatə edən müştərək səthi travma diaqnozu ilə tibb müəssisəsinin Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər ikisinin stasionar müalicəsi davam etdirilir.

Yüngül xəsarət almış digər 5 nəfərə isə (2 qadın, 3 kişi olmaqla) Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, oktyabrın 23-də Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində VAZ-2106 markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən “Mercedes” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir