İqtisadiyyat

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq yeni müəssisələrin vaxtı açıqlanıb

Sharing is caring!


“Ötən gün Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş 2 müəssisə – “Çinar-Servis” İKF və “Kartaş Kimya” müəssisələrin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

O qeyd edib ki, müəssisələr  tərəfindən  Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

E.Nuriyev deyib ki, Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib:

“İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 34,7%-i ixracın payına düşür.

Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 (32,1%) milyon manatlıq hissəsi ixrac edilib. Sumqayıt Kimya Sənaye Parkında hazırda 6 600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir