Cəmiyyət

Qubada marşrut avtobusu qəzaya düşüb, yeddi nəfər yaralanıb – FOTO

Sharing is caring!


Qubada mikroavtobusun minik avtomobili ilə toqquşmasi nəticəsində yeddi nəfər yaralanıb.

APA xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” markalı minik avtomobili ilə Quba – Zərdabi marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir