Cəmiyyət

Əli Həsənovun Azərbaycana gətirilməsini həyat yoldaşı təkzib etmədi

Sharing is caring!

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirilib.Bu barədə Bizim.Media məlumat yayıb.

XəbərAl.az xəbər verir ki, “Bakupost.az”ın əməkdaşı məsələ ilə bağlı Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva ilə əlaqə saxlayıb. Ona Ə.Həsənovun müalicədən sonra Azərbaycana qayıdıb-qayıtmamağı ilə bağlı sual verib. S.Vəliyeva sualı dinlədikdən sonra dəstəyi asıb.

Xatırladaq ki, bir müddət əvvəl Əli Həsənov müalicə olunmaq adı ilə Türkiyəyə getmişdi. Mətbuata açıqlamasında 10 gün sonra geri qayıdacağını bildirən Əli Həsənov bu günə qədər xaricdə yaşamaqda və fəaliyyət göstərməkdə idi.

Vəzifədən azad olunduqdan sonra Əli Həsənovun korrupsiya əməlləri və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatlar tirajlanmağa başlanmışdı.

Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlib. Belə ki, kütləvi informasiya vasitələri üçün dövlət büdcəsindən ayrılan milyonlarla manatın mənimsənilməsində şübhəli bilinən Vüqar Səfərli Əli Həsənovun yaxın adamı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir