Cəmiyyət

Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Sərdar Saleh oğlu Bayramovun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb, nazirliyin aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5 km uzaqlıqda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir