Dünya

Rejissor Sem Mendes “The Beatles” qrupu haqqında dörd film çəkəcək

Sharing is caring!


Britaniyalı rejissor Sem Mendes “The Beatles” haqqında dörd bədii film çəkmək niyyətində olduğunu açıqlayıb.

Qeyd olunur ki, onların hər birində musiqiçilərdən birinin – Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starrın nöqteyi-nəzərindən rok qrupunun hekayəsi danışılacaq.

Makkartni və Starr, eləcə də Lennon və Harrison ailələri Mendesə “Beatles”ın musiqi və bioqrafik təfərrüatlarından istifadə etmək hüququ veriblər.

“Tarixdə məlum olan ən böyük rok qrupunun hekayəsini işıqlandırmaq mənim üçün böyük şərəf olacaq”, – rejissor bildirib.

O, əlavə edib ki, onun “The Beatles” haqqında layihəsi kinoya getməyin nə olduğu barədə təsəvvürü yenidən müəyyənləşdirməlidir.

Dörd filmin hamısı 2027-ci ildə kinoteatrlarda nümayiş etdirilməlidir. Onların eyni vaxtda və ya bir-birinin ardınca nümayiş etdiriləcəkləri hələ bəlli deyil.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir