Cəmiyyət

Şəkidə ev yanıb

Sharing is caring!


Şəkidə beş otaqlı fərdi yaşayış evində yanğın olub.

APA-nın məlumatına görə, yanğın hadisəsi səhər saat 06 radələrində rayonun Qaradağlı kəndində, kənd sakini Nizami Həmidova məxsus, ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli beş otaq və iki eyvandan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin döşəməsinin 12 kvadratmetrlik səhəsi yanıb. Yanğın baş verən hissədə olan 600 kiloqram buğdanın 300 kiloqramı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir