Cəmiyyət

Cəbrayıl, Qubadlı və Zəngilanda 2027-ci ilədək 24 kəndin tikilməsi nəzərdə tutulub

Sharing is caring!


“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na görə, 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında üç şəhər mərkəzi, beş qəsəbə və 24 kəndin tikintisi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri” mövzusunda baş tutan paneldə deyib.

“Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində artıq həyat var. Bu kəndə 649 nəfərdən ibarət 133 ailə köçürülüb. Ağalı kəndinin idarəedilməsinə cəlb olunan əməkdaşlarımızın əksər hissəsi məhz buranın sakinləridir”, – deyə N.Cəfərov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir