Cəmiyyət

Azərbaycanda kondensat istehsalı artıb

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3 743,45 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 1,46% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövründə ölkədə 3 689,61 min ton qaz kondensatı istehsal edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 3 721,18 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 1,52% çoxdur.

Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 665,33 min ton səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib. Bu da illik müqayisədə 6,04% azdır. Hesabat dövründə ölkədə istehsal edilən qaz kondensatın 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir