Cəmiyyət

ABŞ-nin Çikaqo şəhərində Azəbaycan bayrağı ucaldılıb – FOTO

Sharing is caring!


18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Çikaqo şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

“Report” xəbər verir ki, mərasim Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Çikaqoda yaşayan həmvətənlərimizin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə Türkiyənin Çikaqodakı baş konsulu Engin Türesin də iştirak edib.

ACMA-nın prezidenti Fərid Məmmədov bildirib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, Dövlət Bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – “The Daley Center”də dalğalanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir