Dünya

2022-ci il Böyük Britaniyada tarixində ən isti il ​​olacaq

Sharing is caring!

2022-ci ilin sonu Böyük Britaniyada qeydə alınmış ən isti il ​​olacaq.

Bunu Böyük Britaniyanın Meteoroloji Ofisi tərəfindən çərşənbə günü dərc olunan ilkin məlumatlar sübut edir.

“2022-ci il 139 illik orta illik temperatur rekordunun qırılması ilə yanaşı, bir sıra digər mühüm hava hadisələri, o cümlədən yanvarın 1-də ilin son dərəcə isti başlaması, Dadli, Yunis və Franklin qasırğaları ilə yadda qalacaq”, – meteoroloji xidmətin bəyanatında deyilir.

Qurumun rəhbəri Mark Makkarti qeyd edib ki, dekabr ayı istisna olmaqla, cari ilin bütün ayları ölkə üzrə orta göstəricilərdən daha isti olub. Orta illik temperatur 2014-cü ilin rekordunu (9,88 dərəcə) üstələyərək 10 dərəcəyə yaxınlaşıb. 1884-cü ildən, Böyük Britaniyada orta illik temperaturlar izlənilməyə başlandığından, ən isti 10 il məhz 2003-2022-ci illər arasında olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir