Cəmiyyət

Bakıda ağac paytaxt sakinin üzərinə düşərək onu komatoz vəziyyətinə salıb

Sharing is caring!


Bakının Nərimanov rayonunda güclü külək zamanı ağacın budağı qırılaraq gənc oğlanın üzərinə düşüb.

APA xəbər verir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Araz Teyfuq oğlu Şüyüflü səkidə hərəkət edərkən güclü külək ağacın iri budağını qoparıb. Budaq T.Şüyüflünün üzərinə düşüb. O, ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, T.Şüyüflü almacıq və topuq sümüyünün sınığı, o cümlədən qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. O, komatoz vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir