Cəmiyyət

10 yaşlı Əsnanın sağlamlığına qovuşması üçün 500 manata ehtiyacı var – FOTO

Sharing is caring!


10 yaşlı Əsnanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Əntiqə Quliyeva məlumat verib.

O bildirib ki, Əsna anadangəlmə serebral iflicdən əziyyət çəkir.

“Əsna artıq 10 ildir, serebral iflicdən əziyyət çəkir. Doğulduğu gündən müalicələrini vaxtı-vaxtında etsək də, çox böyük irəliləyiş əldə olunmayıb. Hazırda övladım ayağından əməliyyat edilməlidir. Bunun üçün isə biz İran İslam Respublikasına yollanmalıyıq. Əməliyyat üçün lazım olan 2 500 manatın 2 000 manatını yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilsək də, hələ 500 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailə ilə əlaqə saxlayıb və sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində yalnız Azərbaycan Respublikası ərazisində xidmət göstərilə bilinəcəyi barədə məlumat verilib. TƏBİB tabeli dövlət tibb müəssisələrinə müraciət edib Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığortadan yararlana biləcəyi, həmçinin Xidmətlər Zərfində təminata alınmış, lakin dövlət tibb müəssisələrində icra olunmayan tibbi xidmətlər üçün göndəriş əsasında özəl tibb müəssisələrinə müraciət edə biləcəyi barədə məlumat verilib. Valideyn müalicə həkiminin Tehran şəhərində olduğunu və yalnız həmin həkimin cərrahi əməliyyat etməyini istədiyini bildirib.

Ailə ilə əlaqə: (055) 718-66-25

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir