Cəmiyyət

BQXK 24 başçəkmə həyata keçirib

Sharing is caring!


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 24 başçəkmə (11 saxlanma məntəqəsində) həyata keçirib.

Oxu.Az xəbər verir ki, bununla bağlı qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verilib.

Qeyd edilib ki, BQXK məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün addımlar atıb.

Həmçinin 13 Qızıl Xaç Məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

Birinci Qarabağ müharibəsi zamanı 365 şəxsin təhvil verilməsində iştirak edib. BQXK vasitəçiliyi ilə 700-ə yaxın əsir və girovun qaytarılması isə 1992-2020-ci il arasında həyata keçirilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir