Cəmiyyət

Azərbaycan xarici yardımları 30% azaldır

Sharing is caring!


2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 80 milyon manatı və yaxud 0,2%-i xarici yardımların payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,5% azdır.

Xarici yardımlarla bağlı xərclər ümumi dövlət xidməti xərclərinin 1,7%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir