Cəmiyyət

Xərçənglə mübarizə aparan şəxsin köməyə ehtiyacı var: “Ən böyük arzum hər iki balamın toyunu görməkdir” – FOTO

Sharing is caring!


62 yaşlı Kamil Tağıyev ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a Kamil Tağıyev özü məlumat verib.

O qeyd edib ki, artıq bir ilə yaxındır bağırsaq xərçəngi ilə mübarizə aparır:

“Bu ilin yanvar ayında ağır xəstəliyə düçar olduğumu öyrəndim. Hazırda düz bağırsağın yayılmış karsinoması – parçalanma mərhələsindəyəm. Fevralın 4-də əməliyyat edilərək kolostoma qoyuldu.

Bundan əlavə şəkər xəstəsiyəm. Hazırda ağciyərimdə yaranmış problemlərlə əlaqədar müalicə alıram. Aylıq müalicə xərclərim isə 1500 manata yaxındır. Müalicədə kimyaterapiya zamanı müsbət dinamika ortaya çıxıb və sağalmağıma ümid yaranıb. Hazırda məqsəd şişin uyğun ölçüyə qədər kiçilməsi və sonra əməliyyatla götürülməsidir. Lakin mənim bu pulu qarşılamağa imkanım çatmır. İki övladım var. Heç onların xeyir işini belə görməmişəm. Onların toyunu görmədən bu dünyadan köçmək istəmirəm. Övladlarım çox çalışırlar ki, mənim müalicəmi qarşılaya bilsinlər. Lakin bu o qədər xərc tələb edən xəstəlikdir ki, dağ olsa, dayanmaz. Xalqımızdan, imkanlı şəxslərdən mənə əl tutmalarını, dəstək olmalarını xahiş edirəm. Mənə bir ayın müalicəsi üçün 1500 manat pul lazımdır”.

Əlaqə nömrəsi: (055) 816-16-27

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir