Cəmiyyət

Azərbaycan qurumlarının ictimaiyyətlə əlaqələr üzrə əməkdaşlarının Türkiyəyə səfəri başa çatıb – FOTO

Sharing is caring!


Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.

“Report” xəbər verir ki, oktyabrın 14-də Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İstanbul şöbə müdirliyində və “TRT World” televiziya kanalında görüşlər keçirilib.

Görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olunan media ilə iş, böhran zamanı kommunikasiya, İstanbul valiliyinin kommunikasiya fəaliyyəti, habelə “TRT World” kanalının dünyada media brendinə çevrilməsi, peşəkar beynəlxalq jurnalistika, TRT-nin yeni onlayn televiziya konsepsiyası, dəyişən beynəlxalq və regional siyasi gündəliyə çevik uyğunlaşma və gələcək hədəflər haqqında təqdimatlar edilib və digər məsələlər müzakirə olunub.

Səfər zamanı Türkiyənin Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Anadolu” Agentliyi, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir