Cəmiyyət

Bakıda qəzalı vəziyyətdə olan binalar ən çox hansı rayonlardadır? – VİDEO

Sharing is caring!


“Qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək”.

“Xezerxeber.az”ın məlumatına görə, bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, indiyə qədər Bakının müxtəlif ərazilərində istismar müddətini başa vurmuş bir neçə bina sökülüb, amma bəzi yerlərdə çox sayda belə bina qalmaqdadır.

E.Fərzəliyev açıqlayıb ki, ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal və Səbail rayonlarındadır.

Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, nəninki mərkəzi hissələrdə, paytaxtın digər ərazilərində də onlarla qəzalı vəziyyətdə olan bina var.

Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur.

O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə, onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir