Cəmiyyət

Şəmkirdə qəza: Ölən və xəsarət alanlar var

Sharing is caring!


Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Lada Priora” markalı minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir