Cəmiyyət

Zaqatalada ağır qəza: Ölən və xəsarət alanlar var

Sharing is caring!


Zaqatalada iki minik avtomobili toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə səhər saat 09:30-da Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

VAZ-2106 və VAZ-21011 markalı iki minik avtomobili toqquşub. Qəza zamanı VAZ-2106 markalı avtomobildəki sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ölən sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Qəzada biri azyaşlı olmaqla dörd nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Qeyd edək ki, VAZ-2106-da olan şəxslər bir ailənin üzvləridir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir