Cəmiyyət

Kombi radiatorları nə vaxt yuyulmalıdır? – VİDEO

Sharing is caring!


Hava şəraitinin qeyri-sabit, soyuq keçməsi evlərin istilik sistemindəki problemləri də gündəmə gətirib. Bəzi sakinlər evlərindəki kombi sisteminin yaxşı işləməməsindən gileylənirlər.

Xezerxeber.az-ın məlumatına görə, havalar soyuduğundan artıq bəzi ev sahibləri evlərinin kombi sistemini və radiatorlarını bu təmizlədirlər.

Uzun illərdir bu işlə məşğul olan usta Mehman Hüseynov deyir ki, kombinin evi isitməməsinin əsl səbəbi radiatorların vaxtında yuyulmamasıdır. Usta tövsiyə edir ki, minimum ildə iki dəfə bu sistem yuyulmalıdır.

Sistemin yuyulması xüsusi compressor vasitəsilə həyata keçirilir. Bir radiatorun yuyulması 15 manata başa gəlir.

Mehman Hüseynov deyir ki, əgər evin istilik sisteminə bu cür qulluq edilməsə, xərclər arta bilər.

İsti döşəmə sistemi çəkilən evlərdə isə vəziyyət bir qədər fərqlidir. Usta bildirir ki, isti döşəmə sistemində dəmirdən istifadə edilmədiyi üçün paslanma olmur. Bununla belə, bu evlərdə sistemin 5 ildən bir təmizlənməsi məsləhət görülür. İsti döşəmə sistemi çəkilən 100 kv/m evin təmizlənməsi isə 100 manata başa gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir