Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2023-cü il yanvarın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru Rana Karadşeh ilə görüşüb.
Bu barədə SOCAR məlumat yayıb.
Görüşdə, həmçinin SOCAR ilə IFC arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xeberal.az