Cəmiyyət

İƏT: birgə səylər regionun inkişafına yönəldilir

Sharing is caring!

 Prezident İlham Əliyevin cari ilin 10 oktyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubunda deyildiyi kimi,  nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Bu, bir daha göstərir ki, Azərbaycan əməkdaşlığa açıq ölkədir.  Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.

        Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1964-cü ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirməsi məqsədi ilə yaradılıb. Məqsədi davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsidir. 1992-ci ildə daha 7 dövlət təşkilata üzv olub. Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan üzv ölkələrdir.

         Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

       Azərbaycan İƏT-ə 1992-ci il noyabrın 28-də üzv olub. Ölkəmiz İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif saziş imzalayıb.

        Diqqətəlayiq haldır ki, İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində həyata keçirilən layihələrin iştirakçıları sıra­sıra tezliklə qoşulacağını da bəyan edir

       Mübariz Əsədov,

                          Cəlilabad şəhər 3 saylı tam orta  məktəbin direkroru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir