Cəmiyyət

Bakı sakini Zaqatalada sirkə turşusundan zəhərlənib

Sharing is caring!


Bakı sakini Zaqatalada zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayon sakini Fatimə Sadra qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 40 yaşlı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. F.Əliyevaya lazımı tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir