Cəmiyyət

Standartlaşdırma İnstitutu: “Səhiyyə sahəsində xeyli standarta ehtiyac var”

Sharing is caring!


Azərbaycanda səhiyyə sahəsində xeyli standartın qəbul edilməsinə ehtiyac var.

“Report” xəbər verir ki, bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.

“Bu, həm insanların sağlamlığı, həm də xidmətin səviyyəsinin yüksəldilməsi üçün lazımdır. Səhiyyə sahəsində standartlaşdırma üzrə texniki komitə yaradılmalıdır”, – deyə o qeyd edib.

Bundan başqa, baş direktor hesab edir ki, energetika sahəsində də standartlaşdırma üzrə texniki komitə yaradılmalıdır.

“Bu komitənin olmaması bizi müasir elektrotexnika sahəsində olan standartlardan məhrum edir. Təəssüf ki, texniki komitələrlə bağlı hələ də arzuladığımız nəticələrə nail olmamışıq. Bunu tədricən bazar formalaşdıracaq. Bir çox ölkələrdə bu komitələri onların yaranmasında maraqlı olan tərəflər, yaxud standartın qəbul edilməsini istəyən sahibkarlar formalaşdırır”, – deyə İ.Bayramov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir