Cəmiyyət

Bədəni yanan Rüqəyyanın anası: “Bir övladımı itirmişəm, ikincini itirməkdən çox qorxuram” – FOTO

Sharing is caring!


Bir yaşlı Rüqəyyanın yardıma ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Gülpəri Abdullayeva məlumat verib.

O bildirib ki, övladı sentyabrın 29-da üzərinə qaynar çaydan dağıdıb.

“Biz Goranboy rayonunda yaşayırıq. Hadisə sentyabrın 29-da baş verdi. Rüqəyya iməkləyərək qaynar çayniki üzərinə dartdı. Hadisədən dərhal sonra xəstəxanaya yollandıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orada müalicə alsaq da, hazırda evimizə qayıtmışıq. Rüqəyyanın müalicəsi üçün hazırda 800 manata ehtiyacımız var”

Gülpəri Abdullayeva Rüqəyyanın onun tək övladı olduğunu bildirib.

“Mənim bir övladım 2 il öncə leykoz xəstəliyindən dünyasını dəyişib. Onu itirəndə dünya başıma yıxılmışdı. Daha sonra Rüqəyya dünyaya gəldi. İndi isə o yanıb. Vəziyyəti çox ağırdır, dayanmadan ağlayır. İmkansızlıqdan inanın sarğılarını dəyişməyə bint belə ala bilmirik. Yardımsevər şəxslərdən mənim övladlarıma dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: (050) 976-69-36

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir