Cəmiyyət manset

Deputat şəhidin evindən danışdı: “Tökülən qan yerdə qalmadı”

Sharing is caring!

Bu gün Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak edib. Ölkə başçısı Ermənistanın təxribatı haqqında danışaraq  bildirib ki, bu əməlin qarşısı alınıb və düşmənə adekvat cavab verilib.
Dövlət rəhbəri dünən qəflətən Azərbaycan hərbi bölmələrinə atəş açılması nəticəsində hrəbi qulluqçularımızın həlak olduğu və yaralandığını da  diqqətə çatdırıb. Həmçinin Ermənistan tərəfinin bütün cəhdlərinin nəticəsiz qaldığını, Azərbaycanın öz sərhədlərini qoruduğunu vurğulayıb.
 Şuranın iclası barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimlinin fikrincə, Azərbaycan düşməni layiqli formada susdurmaq iqtidarındadır:
“Hazırda İsmayıllıdayam. Şəhid verən ailənin yanına gəlmişəm. Əlbəttə, şəhid vermək çətindir. Amma təxribata uymaq olmaz. İndi 90-cı illər deyil ki, düşmən qarşısında aciz qalaq. Bizim güclü dövlətimiz və hərbi birləşmələrimiz var. Ermənistan dövlətimizin uğurlaırnı qəbul edə bilmədiyi üçün bu cür təxribatlar törədir. Ancaq cənab prezidentin dediyi kimi, ermənilər mülki əhaliyə atəş açmaqdan başqa heç nə bacarmırlar. Sözsüz ki, tökülən qan yerdə qalmadı. Dövlət başçımızın Təhlükəsizlik Şuarasındakı çıxışı çox aktual və inandırıcı idi. Rus politoloqlar belə getsə, heç Moskvanın da İrəvanın köməyinə gəlməyəcəyinə düşünürlər. Ona görə də biz səbirli, soyuqqanlı olmalı, hərbçilərimizə inanmalı, etibar etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir