Cəmiyyət

Dəyişdirdiyimiz xarici pasportlar hansı müddətə məhv edilir? – FOTO

Sharing is caring!


Hər gün ölkəmizdə yüzlərlə insan şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunu dəyişir. 

Vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) mərkəzlərinə yaxınlaşaraq, Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər bölməsində yeni pasport üçün müraciət edirlər.

Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində göstərilir.

Bəs köhnə pasportlar hansı müddətə məhv edilir?

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlar yeni şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə təmin edildikdən sonra köhnə şəxsiyyət vəsiqələri və ya ümumvətəndaş pasportları vətəndaşlardan təhvil alınır:

“Həmin, artıq etibarlılıq müddəti bitmiş vəsiqələr müvafiq akt tərtib edildikdən sonra 15 gündən bir və ya ayda bir dəfədən gec olmayaraq məhv etməyə göndərilir”.

Qeyd edək ki, xarici pasportlarının verilməsi və dəyişdirilməsi üçün dövlət rüsumları verilmə gününə görə fərqlidir. 

On iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

– bir yaşınadək uşaqlar üçün – 15 manat;
– bir yaşından üç yaşınadək uşaqlar üçün – 25 manat;
– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 35 manat;
– on səkkiz yaşına çatmış vətəndaşlara – 60 manat.

beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

– bir yaşınadək uşaqlar üçün – 25 manat;
– bir yaşından üç yaşınadək uşaqlar üçün – 55 manat;
– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 75 manat;
– on səkkiz yaşına çatmış vətəndaşlara – 120 manat.

bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

– bir yaşınadək uşaqlar üçün – 55 manat;
– bir yaşından üç yaşınadək uşaqlar üçün – 115 manat;
– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 155 manat;
– on səkkiz yaşına çatmış vətəndaşlara – 210 manat.

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

on iş günü müddətində verildikdə:

– bir yaşınadək uşaqlar üçün – 25 manat;
– bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manat;
– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 55 manat;
– on səkkiz yaşına çatmış vətəndaşlara – 75 manat.

beş iş günü müddətində verildikdə:

– bir yaşınadək uşaqlar üçün – 40 manat;
– bir yaşından üç yaşınadək uşaqlar üçün – 70 manat;
– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 100 manat;
– on səkkiz yaşına çatmış vətəndaşlara – 135 manat.

bir iş günü müddətində verildikdə:

– bir yaşınadək uşaqlar üçün – 65 manat;
– bir yaşından üç yaşınadək uşaqlar üçün – 125 manat;
– üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 165 manat;
– on səkkiz yaşına çatmış vətəndaşlara – 220 manat.

Daha ətraflı buradan tanış ola bilərsiniz.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir