Cəmiyyət

Leykozdan əziyyət çəkən uşağın anası: “Aylardır övladıma meyvə ala bilmirdim” – FOTO

Sharing is caring!


7 yaşlı Şahruxun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Elnurə Nəcəfova məlumat verib.

O bildirib ki, övladı 3 ildir kəskin leykozdan əziyyət çəkir.

“Şahruxun 4 yaşı olanda onun kəskin leykozdan əziyyət çəkdiyini öyrəndik. İlk gündən müalicələrini etdirsək də, həkimlərin dediyinə görə heç bir irəliləyiş qeydə alınmayıb. İnanın, bir dəyərli əşyam qalmayıb, hamısını balam üçün satmışam. İndi isə həkimlər övladımın 2-3 ay ömrü qaldığını deyib. Biz müalicəni davam etdirmək istəyirik, amma imkanımız yoxdur. Hazırda müalicəni davam etdirmək üçün 500 manata ehtiyacımız var. Şahruxun istəklərinin bir çoxunu sizin saytın izləyicilərinin sayəsində edə bildik. İnanın, bir neçə aydır balama heç meyvə ala bilmirdim. Meyvə aldım, dondurma aldım. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Övladım bəlkə də son günlərini yaşayır, onun son istəklərini yerinə yetirməmək, əli-qolu bağlı qalmaq mənə çox ağır gəlir”

Ailə ilə əlaqə: (055) 655-18-20

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir