Cəmiyyət

Səadət Yusifova: “Sürətli urbanizasiya şəraitində Azərbaycan mürəkkəb şəhərsalma çağırışları ilə üzləşir”

Sharing is caring!


“Sürətli urbanizasiya şəraitində, bir çox dövlətlər kimi, Azərbaycan da mürəkkəb şəhərsalma çağırışları ilə üzləşir. Lakin bu zaman köhnə və yeninin ahəngdar qarışığına nail olmağa çalışır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

Onun sözlərinə görə, irs obyektləri və şəhərlər dayanıqlı, davamlı, yaşayışqabiliyyətli, innovasiyalar tətbiq edilərkən qorunan olmalıdır:

“İqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası şəraitində şəhərlərimizin ekoloji məsuliyyətli dizayn edilməsi vacibdir. Tikinti, enerji istifadəsi və tullantıların idarəolunmasında davamlı təcrübələrdən istifadə edilməlidir. Təbii fəlakətlərə, iqtisadi dalğalanmalara və sosial problemlərə tab gətirə bilən irs yerləri və şəhərlər qurmaq lazımdır. Bu, cavab mexanizmlərinə sərmayə qoymaq deməkdir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir