İdman

De Byazi: “Keyfiyyətli futbolçular baxımından bəzi problemlərimiz var”

Sharing is caring!


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmadakı işindən danışıb.

İtaliyalı mütəxəssis ölkə klublarında əcnəbi futbolçuların çox olmasından gileylənib:

“Azərbaycan çempionatındakı klublarda əcnəbi futbolçular çoxdur. Bu isə açıq-aydın millinin işinə kömək etmir. Biz çox inkişaf edirik. Amma aydındır ki, keyfiyyətli, yüksəksəviyyəli futbolçular baxımından bəzi problemlərimiz var”.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 13-də Estoniyanın qonağı olacaq, üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.

Mənbə: abcnews.al

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir