Cəmiyyət

Füzuli sakini: “35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”

Sharing is caring!


“35 yaşında köçkün düşdüyüm yurduma 65 yaşında qayıdıram”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rəşid Abbasov deyib.

O bildirib ki, bu gün onun üçün xüsusi əhəmiyyətlidir:

“Bu gün bizim üçün çox əlamətdar gündür. Öz yurdumuza qayıdırıq. Ali Baş Komandanımızın rəhbərliyi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı nəticəsində torpaqlarımız azad olundu, bizə də bu günləri görmək nəsib oldu”.

Xatırladaq ki, bu gün Füzuli şəhərinə 21 ailə (88 nəfər) yola salınıb. Füzuli şəhərində indiyədək 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir