İdman

“Turan Tovuz”un oyunlarının yeri dəyişdirildi: Stadion nə zaman hazır olacaq?

Sharing is caring!


Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, aparılan əsaslı işlər, stadionun hazırkı durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq qurumun İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək bir sıra qərarlar qəbul edib.

Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu , 2-ci dövrənin “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşması kimi keçiriləcək.

1-ci dövrənin “Qarabağ” – “Turan Tovuz” matçı, 2-ci dövrənin “Turan Tovuz” – “Qarabağ” görüşü kimi təşkil olunacaq.

Bundan əlavə, 4-cü turdan etibarən Tovuz şəhər stadionu qarşılaşmaları qəbul etməyə hazır olmalı və bununla bağlı bütün işlər nəzarətdə saxlanılmalıdır.

Qeyd edək ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonunda planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir