Cəmiyyət

Qərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırıldı

Sharing is caring!


Gəncə şəhərində və ətraf rayonlarda axşam saatlarından başlayaraq güclü külək əsir, Goranboy və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Report”un məlumatına görə, güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi hissələrində, Goranboy rayonunun Boluslu, Məşədiqaralar və Eyvazlılar kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyri-sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir