Cəmiyyət

Balaxanıda qəzalı işıq dirəyi təhlükə saçır – FOTO

Sharing is caring!


Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində qəzalı işıq dirəyi təhlükə saçır.

Bununla bağlı Oxu.Az-a qəsəbə sakinləri müraciət ediblər. Sakinlər qeyd ediblər ki, Rahib Qədimov, 17A ünvanında işıq dirəyi betonla yerə bərkidilsə də, ciddi zərər görüb. Həmçinin dirəyin dayaqlarından biri ortadan sınıb və hər an aşa bilər. 

Yaşayış evlərinin bir addımlığında yerləşən işıq dirəyi ciddi təhlükə mənbəyinə çevrilib.   

Qəsəbə sakinlərinin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir