Cəmiyyət

Şəmkirdə qəza baş verib, xəsarət alan var

Sharing is caring!


Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı yük maşını ilə “Hyundai “markalı minik avtomobili toqquşub.

Qəzadan sonra avtomobillərdə yanğın baş verib.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir