Cəmiyyət

Bakıda kanalizasiya suyu daşaraq ətrafa yayıldı – VİDEO

Sharing is caring!


Bakının Nərimanov rayonu, Əliyar Əliyev 67 ünvanında yerləşən yaşayış binasının qarşısını kanalizasiya suyu basıb.

Ərazidə yaşayan sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, bu səbəbdən küçə boyunca hərəkət çətinləşib.

Onlar iddia ediblər ki, bir müddətdir, beşmərtəbəli yaşayış binasının qarşısını çirkab basıb.

Çirkabın ətrafa yayılması azyaşlıların məktəbə getməsinə ciddi maneə yaradır.

Ərazi üzrə 116 saylı Mənzil Kommunal İstisimar Sahəsinin rəisi Əli Seyidov qeyd edib ki, problemdən xəbərdardılar.

Onun sözlərinə görə, problemə səbəb kanalizasiya xətlərinin köhnə olması və bəzi vətəndaşların iri tullantı atmasıdır.  

Nərimanov rayon Sukanal İdarəsindən isə bildirilib ki, kanalizasiya şəbəkəsinin tutulmasına səbəb binanın zirzəmisindəki restoranlardır.

“İaşə obyektləri kanalizasiya xəttinə birbaşa qoşulublar, yağ tutucu qurğular quraşdırmadıqları üçün tez-tez tutulmalar yaranır. Həmin obyekt sahiblərinə belə halın baş verməməsi üçün bir daha xəbərdarlıq ediləcək”, – deyə İdarədən qeyd edilib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir