Cəmiyyət

Goranboyda minik maşını camışa çırpılıb, altı nəfər xəsarət alıb

Sharing is caring!


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını qarşısına çıxan camışa çırpılıb.

Qəza zamanı altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların adları açıqlanıb: Razim Quliyev (1982), Nemət Şirinov (1974), Uğur Mehdiyev (2005), Alisə Şirinova (1978), Mahirə Quliyeva (1954) və Əli Quliyev (2017).

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir