Cəmiyyət

BDU-da ali məktəblər üçün “Azərbaycan Respublikasının Konstitusiya hüququ” dərsliyi müzakirə olunub

Sharing is caring!


Bu gün BDU-nun Hüquq fakültəsində ali məktəblər üçün rus dilində nəşr olunmuş “Azərbaycan Respublikasının Konstitusiya hüququ” dərsliyinin müzakirəsi keçirilib.

Oxu.Az xəbər verir ki, dərslikdə Azərbaycan konstitusionalizminin tarixi kökləri araşdırılır, həmçinin ölkəmizin müstəqilliyin bərpası və demokratik dövlət rejiminin qurulması nəzərə alınmaqla, onun müasir xüsusiyyətləri (insan hüquqlarının prioritetliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü və s.) təhlil edilir.

Dərslikdə Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası ilə Azərbaycan konstitusionalizmi ideologiyasının müasir inkişaf prosesi arasında paralellər aparılır. Qeyd olunur ki, 1993-cü ildən başlayaraq ədalətli ictimai-siyasi dəyərlər sistemi, Azərbaycanın dünyəvi inkişafı sayəsində konstitusiya quruluşunu bərqərar etmək, hakimiyyət bölgüsü prinsipinə əsaslanan dövlət orqanları sistemini bərpa etmək mümkün olub. Bu, vətəndaş cəmiyyətinin azad inkişafına, konstitusion insan hüquq və azadlıqlarının təmin edilməsinə əlverişli şərait yaradıb.

Dərslikdə konstitusiya məsuliyyəti və konstitusiya ədaləti ilə bağlı məsələlər də ətraflı araşdırılır. Burada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsindən geniş istifadə edilib.

Bu dərslik ideologiyalaşdırılmış dövlət sovet hüququnun tarixi təsirindən azad olan milli konstitusiya hüququ elminin formalaşması yolunda mühüm addımdır. Kitab Azərbaycan Respublikasının Konstitusiya hüququna dair rus dilində ölkənin müstəqilliyini elan etdikdən sonra nəşr edilmiş ilk dərslikdir.

Dərsliyin müəllifi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətdə olan hakimidir və 25 ildən artıqdır ki, respublikanın müxtəlif ali məktəblərində Azərbaycanın konstitusiya hüququ fənni, insan hüquqları və konstitusiya nəzarəti üzrə xüsusi kurslar tədris edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir