Cəmiyyət

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb – FOTO

Sharing is caring!


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunda fəaliyyət göstərən kafedə yoxlama aparıblar.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı Bərdə şəhərinin H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Xaliq Əli oğlu Şərifiyə məxsus “Söyüdlük” kafesində qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən olunub, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, ictimai iaşə müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir