Cəmiyyət

Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxıb tədbir keçirdilər – RƏSMİ AÇIQLAMA

Sharing is caring!

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müzakirələrə səbəb olub.

Belə ki, iddialara görə, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.

“Qafqazinfo” məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğuya cavab olaraq bildirdi ki, məsələdən məlumatlıdırlar:

“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir