Cəmiyyət

Xoşbəxt Yusifzadənin dəfn yeri açıqlandı

Sharing is caring!


Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, geoloq bu gün saat 12:00-da Birinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xoşbəxt Bağı oğlu Yusifzadə 14 yanvar 1930-cu ildə Bakıda anadan olub.

O, 1987-ci ildə Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru adına layiq görülüb. 2007-ci ildən professor, AMEA-nın həqiqi üzvü olub.

Son olaraq isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifəsini icra edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir